Günün qoroskopu
6 Aprel 2011 05:00
Göylərin mənzərəsi
6 aprel, çərşənbə, IV Ay günü, Günəş - Qoçda, Ay - Buğada, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün gücünüzə inamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiz. Səhhətinizə qarşı diqqətli olun.
Buğa - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli çətinliklərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər - Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Xoş münasibət bəslədiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda əməli nəticə yoxdur.
Xərçəng - Hələ ki, biznes planlarını həyata keçirmək üçün çalışmalarınızda nəzərə çarpacaq əməli nəticə yoxdur. Ünsiyyətlərinizdəki mehribanlıq və güzəştlər sizin fədakarlığınızla meydana çıxır.
Şir - Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsıniz. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasıbətləriniz qarışılıqlı ittihamlarla doludur.
Qız - Ünsiyyətlərinizdən məmnun qalacaqsınız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həlli yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.
Tərəzi - Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizin üçün çətinlik yaradacaq.
Əqrəb - Maliyyə işləriniz bu günlər demək olar ki, heç alınmır. Yorulmadan çalışmalarınıza baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şiklayətiniz olmayacaq.
Oxatan - Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Ünsiyyətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiniz.
Oğlaq - Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarışılıqlı güzəştlərdən məmnun qalacaqsız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə, əhəmiyyətli nəticə verməyəcək.
Dolça - Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artıracaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.
Balıqlar - Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanliq və səmimilik müstəvisindədir. Maliyyə yönündə çalışmalarınız o qədər də yaxşı alınmır.
Milli.Az