Timoşenko müxalifətə keçdi
3 Mart 2010 18:27
Milli.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun bu mövqeyini ictimaiyyətə Ali Radadakı Yuliya Timoşenkonun Bloku (YTB) fraksiyasının sədr müavini Andrey Şkil açıqlayıb. Şkil bildirib ki, YTB parlamentdə yeni fraksiyanın yaradılmasını gözləmədən müxalifətə keçmək haqda qərar qəbul edib: "Bu haqda qərar fraksiyanın toplantısında qəbul olunub".
Xatırladaq ki, bu gün Ali Rada Timoşenkonu istefaya göndərib.
Milli.Az