Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq "Emmi" mükafatına layiq görülüb.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Qeyd edək ki, bu il martın 24-cü baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü "Emmi" mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürüb.
Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub və Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə "Sound mix" nominasiyasıdır.
Milli.Az