İnterpol axtarışda olan şəxsi Rusiyada tutub

2 Aprel 2011 15:30
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israfetmə) ilə axtarışda olan Elmin Piriyev Rusiyanın Nijni-Novqorod şəhərində tutulub.

Piriyevin ekstradisiyası üçün tədbirlər görülür.

Milli.Az