Ziko «Fənərbağça»ya dönməyə hazırdır
3 Mart 2010 18:18
Milli.Az "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, Ziko Braziliyanın "Radio Globo" radiosuna açıqlamasında hazırda yerli "Flamengo" klubu ilə təmasda olduğunu, lakin "Fənərbağça"nın da onun üçün "Flamengo" qədər önəm daşıdığını söyləyib. "Yenidən Türkiyə və "Fənər" azarkeşləri üçün çalışmağa hazıram" - deyən Ziko eyni zamanda, bunun "Fənərbağça"nın hazırki rəhbərliyi dönəmində mümkün olmadığını da söyləyib.
Xatırladaq ki, "Fənərbağça"nın son matçından sonra azarkeşlər "I Love You Zico" şüarı səsləndiriblər.
Milli.Az