Aprelin 3-nə olan hava proqnozu

3 Aprel 2011 02:00
Milli.Az xəbər portalının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

Milli.Az