Bakıda avtobus yandı - ƏLAVƏ OLUNUB

2 Aprel 2011 14:01
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gün saat 13:30 radələrində "Neftçilər" metro stansiyasının qarşısında 323 saylı xətlə hərəkət edən 10 TC 295 dövlət nömrə nişanlı "İveco" markalı marşrut avtobusu qəflətən alışıb.

Alov qısa zamanda bütün avtobusu bürüyüb. Sürücü sayıqlığı itirməyərək sərnişinlərin qısa zamanda avtobusu tərk etməsinə şərait yaradıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtobus tamamilə alov içərisindədir. Hadisə yerinə yansöndürən maşın çağırılıb.

*****

Avtobusda baş verən yanğın söndürülüb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.
Yanğının dəqiq səbəbləri məlum olmasa da, mühərrik hissədə baş verən qısaqapanma səbəb göstərilir. 

Anar Məmmədov
Milli.Az