Qvardiola «Barselona»nı tərk etməyə hazırlaşır
2 Aprel 2011 14:59
Milli.Az xəbər portalının "Sovetskiy Sport"a istinadən verdiyi məlumata görə, Kataloniya klubu ilə 2012-ci ilədək müqaviləsi olan mütəxəssis çoxları üçün gözlənilməz olan bəyanatla çıxış edib.
"Düşünürəm ki, "Barselona"dakı fəaliyyət müddətim başa çatmaqdadır. Klubda mənimçün hər şey yaxşıdır. Amma bir komandada uzun müddət qalmağa dəyməz. Növbəti il "Barselona"da 4-cü və güman ki, sonuncu mövsümüm olacaq. Fikrimcə, uzun müddət eyni adamlarla işləmək çətindir. Bu halda məşqçilər və futbolçular bir-birindən bezir", - deyə Qvardiola bildirib.
Milli.Az