Bakıda gənc oğlan özünü öldürüb

2 Aprel 2011 12:17
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 30 yaşlı Elvin Əliyev özünü asıb. Mərhumun meyiti aprelin 1-də saat 20:30 radələrində kirayə yaşadığı Şərifli 92, mənzil 21-də asılmış vəziyyət aşkarlanıb.  

E.Əliyev özünü mətbəxdə iplə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun ruhi xəstə olduğu bildirilir. Hətta o, ruhi-əsəb dipanserində qeydiyyatda olub.  

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az