Zemfira Meftahəddinova: "Bu, ölkəmizin idman həyatında çox mühüm və yaddaqalan hadisədir"

1 May 2016 18:45

Çoxlu insanın iştirakı ilə bu cür irimiqyaslı tədbirin keçirilməsi ölkənin idman həyatında çox mühüm və yaddaqalan hadisədir.

Milli.Az  AZƏRTAC-a istinadən bildirir ki, bu fikri stend atıcılığı üzrə Olimpiya çempionu, dünya və Avropa çempionu Zemfira Meftahəddinova mayın 1-də təşkil edilən "Bakı marafonu -2016" ilə əlaqədar səsləndirib.

İdmançının sözlərinə görə, xüsusən gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etməyin ən gözəl vasitəsidir.

O deyib: "Gənclər yarımmarafonda iştirak etmək arzusunda olduqlarını bildirməklə, heç şübhəsiz, düzgün seçim ediblər. Bu gün ölkəmiz üçün əsl bayramdır".

Qeyd edək ki, Z.Meftahəddinova yarımmarafona start verib.

Milli.Az