Qadın atlet: "21 kilometr məsafəni 1 saat 44 dəqiqəyə başa vurduğum üçün çox sevincliyəm"

1 May 2016 16:15

İlk dəfədir ki, marafonda iştirak edirdim. Əvvəllər atletika ilə məşğul olmuşam. Uzaq məsafələrə qaçış üzrə dəfələrlə respublika çempionu adını qazanmışam. Bakı şəhəri 23 nömrəli orta məktəbdə idman müəllimi işləyirəm. 21 kilometr məsafəni 1 saat 44 dəqiqəyə başa vurduğum üçün çox sevincliyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq çatan Rahidə Aslanova deyib.

Qadın atlet ümumilikdə 5 mindən çox iştirakçının qatıldığı Bakı marafonu kimi mötəbər tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun nümayəndələrinə, eləcə də layihənin təşəbbüskarlarına minnətdarlığını bildirib.

Milli.Az