Bakıda narkotika alverçisi tutuldu
2 Aprel 2011 12:09
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Kamal Yusifovdan 46 qram narkotik vasitə olan tiryək aşkarlanıb.
O, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb, onun narkotik vasitəni hardan əldə etməsi araşdırılır.
Anar
Milli.Az