İstanbulda terakt: 1 ölü, 3 yaralı - FOTO

30 Aprel 2016 20:19

İstanbulda terror aktı törədilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, şəhərin Şenlikköy Florya küçəsində yerləşən avtomobil salonuna əldəqayırma partlayıcı qurğu atılıb. Hadisədən sonra baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Polis hadisənin borc görə mübahisə zəminində baş verdiyi ehtimalı üzərində dayanır.

Millli.Az