"Çətin qoz" evini satır
2 Aprel 2011 09:49
Milli.Az xəbər portalı "Move.com"a istinadən bildirir ki, amerikalı aktyor Bryus Uillis Nyu-Yorkdakı apartamentlərini satışa çıxarıb. Mənzil 3,95 milyon dollara təklif olunur.
214 kvadrat metrlik mənzir "Trump Tower" göydələninin 20-ci mərtəbəsində yerləşir. Orada 3 yataq otağı, 3 vanna otağı və cakuzi var. Pəncərələrdən Qudzon çayı və Corc Vaşinqton körpüsü görünür.
Aktyor mənzili 2007-ci ildə 4,26 milyon dollara almışdı.
Milli.Az