Qəzzafi atəşkəs təklifini rədd etdi

2 Aprel 2011 09:35
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, Liviya lideri Müəmmar Qəzzafi üsyançılarla atəşkəs təklifini rədd edib.

Hökumət təmsilçisinin dediyinə görə, üsyançılar sülh təklif etmir, yerinə yetirilməsi mümkün olmayan şərtlərlə çıxış edirlər.
"Hökumət qoşunları nəzarət etdikləri şəhərləri tərk etmək niyyətində deyillər. Üsyançıların şərtləri isə tələdir. Buna rəğmən hökumtə həmişə danışıqlara hazırdır", - Qəzzafinin təmsilçisi Mussa İbrahim deyib.

Liviya müxalifətçilərini birləşdirən Müvəqqəti Keçid Hökumətinin rəhbəri Mustafa Əbdel Cəlil Benqazidə bəyan etmişdi ki, hökumət qoşunları ölkənin qərbindəki şəhərləri tərk etsələr və əcnəbi muzdlular ölkədən çıxsalar, atəşkəs mümkündür.

Milli.Az