Günün qoroskopu
4 Mart 2010 07:00
Göylərin mənzərəsi: 04 mart cümə axşamı, 20-ci Ay günü, Günəş - Balıqlarda, Ay - Əqrəbdə, Merkuri - Balıqlarda, Venera - Balıqlarda, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Bu gün işləriniz alınmayacaq. Hər yerdən əliniz üzülə bilər. İmkan daxilində evə tez qayıdın və heç kəslə də mübahisə etməyin. Tez yatın.
Buğa - Özünüzü xoşbəxt hiss edəcəksiniz. Nəzərdə tutduğunuz planların hamısını yaxın yoldaşlarınızın köməyi ilə həyata keçirməyə nail olacaqsınız.
Əkizlər - Hər yerdə çətinliklərlə üzləşəcəksiniz. Sizi sıxan problemlərin heç birini əməli şəkildə həll etmək iqtidarında deyilsiniz. Özünüzü rahat hiss etməyə çalışın.
Xərçəng - Fəaliyyətinizin elə bir sahəsi olmayacaq ki, orada uğur qazana bilməyəsiniz. Maliyyə problemlərini həll etmək bu gün sizin üçün çox asan olacaq.
Şir - Heç bir işiniz alınmayacaq. Soyuqqanlı qalmağı bacarın. Mübahisə və münaqişələrlə vəziyyətinizi bir az da çətinləşdirməyin.
Qız - Nəzərdə tutduğunuz maliyyə işlərini asanlıqla həll edə biləcəksiniz. İnsanların etibarını qazanmaq və ondan istifadə etmək bu gün sizdə rahat alınacaq.
Tərəzi - Gücünüz özünüzə qarşı çevriləcək. Nəzərdə tutduğunuz işlərin heç birini yerinə yetirə bilməyəcəksiniz. Bunu biləndən sonra sakit qalmağı da bacarmalısınız.
Əqrəb - Romantik əhval-ruhiyyə sizi qanadlandıracaq. Hər bir işiniz rahat və səliqəli alınacaq. Uğurlu məqamdan istifadə edib daha çox mənfəət qazanın.
Oxatan - İşləriniz alınmayacaq. Özünüzü oda-közə vurmayın. Rahatlıqla uğursuz vaxtın keçməsini gözləyin. Səhhətinizə qarşı diqqətli olun.
Oğlaq - Nəzərdə tutduğunuz bütün işlər çox səliqə ilə öz yerini tutacaq. Böyük ruh yüksəkliyi ilə işlərinizə girişin və xoş nəticəsini də gözləyin.
Dolça - Nə maddi, nə mənəvi sferada uğurlarınız olmayacaq. Yaxın yoldaşlarınızla münasibətin korlanmasına qədər gəlib çıxa bilərsiniz. Əsəblərinizi qoruya bilərsiniz.
Balıqlar - Bu gün sizə dünyanın ən xoşbəxti demək olar. Hər bir iş gözlədiyinizdən daha yaxşı meydana çıxacaq. Özünüzdə böyük ruh yüksəkliyi və cəsarət hiss edəcəksiniz.
Milli.Az