Berluskoni məhkəmədə qocalmamaq üçün nə etdi?
1 Aprel 2011 19:44
İtaliyanın baş naziri Silvio Berluskoni məhkəmə çəkişmələrindən cana yığıldığı üçün tezliklə yeni qanunun qəbul olunmasına çalışır.
Milli.Az xəbər portalı "Welt"ə istinadən bildirir ki, parlamentdə yer alan bir çox sol müxalif qüvvələr isə baş nazirin bu canfəşanlığını məsuliyyətdən yaxa qurtarmaq və ədalət məhkəməsindən qaçmaq üçün özünə sipər yaratmaq kimi qiymətləndiriblər. Onlar deyiblər ki, məhkəmə proseslərinin qısaldılması haqqında qanun təkcə Berluskoniyə sərf edir.
Hökumət isə İtaliya ədliyyə sistemində yer alan məhkəmə çəkişmələrinin qeyri-müəyyən müddətədək uzana bilməsinin mümkünlüyü hallarına dəyişiklik edilməsi və bu sahədə islahatların aparılmasının vacib olduğunu diqqətə çatdırır.
İtaliyanın baş naziri Silvio Berluskoni vergi ödəmələrindən yayınmada və Kərimə əl Mahruqi adlı 17 yaşlı mərakeşli yeniyetmə rəqqasəyə pul müqabilində "eşq gecəsi" təklif etməkdə ittiham olunur.
Sonuncu ittiham "Rubi" prosesi kimi tanınır.
Milli.Az