Taunun tuğyan etdiyi ada

1 Aprel 2011 19:27
Milli.Az "Welt"ə istinadən bildirir ki, Afrikanın cənub-şərqində yerləşən Madaqaskar dövləti taun xəstəliyi ilə qarşı-qarşıyadır. Burada taun qurbanlarının sayı artıq 60 nəfəri ötüb. Mütəxəssislərin bir qismi isə xəstələrlə aparılan müalicələrin lazımi effekt verə bilməyəcəyindən ehtiyatlanır.

Taun xəstəliyinin bu ada-dövlətdə belə sürətlə yayılması çoxdan idi görünməmişdi. Paytaxt Antananarivuda yerləşən səhiyyə strukturları isə xəstəliyin belə sürətlə yayılmasını siçovulların şəhər və kəndlərə kütləvi axınında görürlər. İnsanlara isə xəstəliyi siçovulların üzərində daşıdıqları birələr yoluxdurur. 

Tropik iqlimli ada-dövlətin müxtəlif regionlarından toplanan məlumatlara görə, daha 200 nəfər bu xəstəliyə yoluxub və hazırda onlar müalicə üçün xəstəxanalara yerləşdiriliblər.

Nurlan
Milli.az