Ən bəxtəvər peşələr hansılardır?
1 Aprel 2011 20:38
Milli.Az xəbər portalı "Bloomberg"ə istinadən bildirir ki, ABŞ-ın nüfuzlu "Career Bliss" rekrutinq agentliyi 10 "bəxtəvər peşə"nin siyahısını hazırlayıb. Bu peşələrdə çalışanlar başqaları ilə müqayisədə özlərini bəxtəvər hesab edirlər.
İqtisadiyyatın müxtəlif sahələrində çalışan 200 min amerikalı arasında keçirilmiş sorğunun nəticələrinə görə, onların hissləri kollektivdəki qarşılıqlı münasibətlər, rəhbərliyin münasibəti, maaş, karyer inkişafının perspektivləri, korporativ mədəniyyət və şirkətin nüfuzu kimi amillərə əsasən dəyrələndirilib.
Sürətlə inkişaf edən biotexnologiyalar sahəsində çalışan şəxslər özlərini hamıdan yaxşı hiss edirlər.
Sonrakı yerləri müştərilərlə iş üzrə menecerlər, məktəb müəllimləri, ofislərdə texniki dəstəklə məşğul olanlar, inzibatçılar, mühasiblər, maliyyəçilər tutublar.
İlk onluqda qeyri-kommersiya sosial təşkilatların əməkdaşları, səhiyyə işçiləri, vəkillər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
Milli.Az