Mariya Stadnik üçüncü dəfə Avropa çempionu oldu - VİDEO

1 Aprel 2011 18:28
Yarış proqramının üçüncü günündə Azərbaycanın 3 qadın güləşçisi meydana çıxıb. Yığmamızın lideri Mariya Stadnik (44 kq) startda ispaniyalı Sara Mariya Sançes Parra ilə qarşılaşıb və qələbə qazanıb. Ardından britaniyalı Yana Stadnikə də eyni aqibəti yaşadan idmançımız yarımfinalda da Nina Matkovskanı mübarizədən kənarlaşdıraraq, adını finala yazdırıb. Qızıl medal qazanmaq üçün Stadnik həlledici görüşdə ukraynalı Kristina Daranutsaya qalib gəlməli idi ki, o, bu vəzifənin də öhdəsindən layiqincə gəlib və baş mükafata sahib çıxıb.

Anjela Doroqan (51 kq) isə startda fransalı Vanessa Bubriemə qalib gəlsə də, növbəti görüşündə Nataliya Budu qarşısında aciz qalıb. Fransalı güləşçinin finala vəsiqə qazana bilməməsi isə güləşçimizin bürünc medal qazanmaq arzusunu da gözündə qoyub.

55 kq-da yarışan Kəmalə Əliyeva rumın Anna Mariya Pavalı mübarizədən kənarlaşdıra bilməyib. O, rəqibinə 2:2, 0:4, 0:7 hesabıyla uduzduqdan sonra bürünc şansına malik olsa da, rumıniyalının finala çıxa bilməməsi idmançımızın medalsız qalmasına səbəb olub.

Milli.Az