"Catel" abunəçiləri rabitəsiz qalıb
1 Aprel 2011 17:25
"Catel" Birgə Müəssisəsinin abunəçiləri telefon xidmətindən məhrum olub. Müəssisədən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 31-i axşam saatlarından başlayaraq şirkətin abonentlərinin rabitəsi kəsilib. Səbəb stansiyada yaranmış problemdir.
"Rabitənin bu gün axşam bərpa olunması istiqamətində işlər aparılır. Əgər bu, mümkün olmasa, aprelin 2-də rabitə tam bərpa olunacaq" - deyə müəssisədən bildirildi.
Anar Məmmədov
Milli.Az