Bosniya və Herseqovina millisi Avro-2012-nin seçmə mərhələsindən qovuldu

1 Aprel 2011 14:45
Milli.Az xəbər portalının FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb federasiyanın nizamnamənin tələblərinə əməl etməməsidir. Quruma eyni zamanda 3 nəfərin prezidentlik etməsi ali futbol qurumlarının xoşuna gəlməyib. Onlar Bosniya və Herseqovina Futbol Federasiyasının rəhbərliyində şəffaflığın olmadığı qənaətinə gəlib.
Bu qərar o deməkdir ki, Bosniya və Herseqovina yığması UEFA və FİFA-nın bayrağı altında keçirilən turnirlərdə, həmçinin 2012-ci ilin Avropa Çempionatının seçmə mərhələsində çıxış edə bilməz.
Sanksiya müddətsiz xarakter daşıyır və qeyd olunan problem aradan qaldırılanadək qüvvədə olacaq.

Milli.Az