"Qarabağ" "Everton", "Aston Villa" və "Bursaspor"u qabaqladı

1 Aprel 2011 13:45
Milli.Az klubun saytına istinadən xəbər verir ki, son illərdə Azərbaycanın avrokuboklarda yeganə qüruru olan "Qarabağ" Futbol Klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən hər ayın əvvəlində açıqlanan siyahıda 218-ci pilləyə yüksəlib. "Qarabağ" mart ayında keçirdiyi bütün oyunlarda qələbə qazanmaqla 245-ci pilləni 218-ə dəyişib. 388 komanda arasında 81,5 xala malik olan, Azərbaycanın siyahıda tək təmsilçisi olan Ağdam klubu "Everton", "Aston Villa" (Hər ikisi İngiltərə), "River Pleyt" (Argentina), "Bursaspor"(Türkiyə), "Nürnberq", "Hoffenhaym"(Almaniya) kimi tanınmış klubları qabaqlayır.

Gülər A.
Milli.Az