Milyarder ərəb şahzadəni tanımadılar - FOTO

28 Aprel 2016 11:00

Dünən ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində, Çelsi bölgəsində olan gecə klublarından birinə əynində cins, ayağında səndəl olan kök şəxs daxil olmuşdu.
Klubdakılar bu şəxsin kimliyini bilməyiblər, onu tanımayıblar.
Halbuki bu sadə geyimli adam Səudiyyə Ərəbistanının şahzadəsi, 43 yaşlı Əbdel Əziz bin Fəhd idi.
Milli.Az New York Post-a istinadən bildirir ki, 43 yaşlı şahzadə 10 milyard dollarlıq varidatın sahibidir. O, 2005-ci ildə, 23 illik hakimiyyətdən sonra 82 yaşında vəfat etmiş Səudiyyə Ərəbistanının kralı Fəhd bin Əbdel Əziz əl Səudun sevimli oğlu idi.
Manhetten səmtində 10-cu avenyu və 17-ci küçənin kəsişməsində olan ikimərtəbəli gecə klubuna yollanmış səudi şahzadənin avtomobil karvanı 15 Mercedes-Benz-dən ibarət idi.
 

Milli.Az