Diktatorun diz çökdürdüyü ölkədən FOTOlar

28 Aprel 2016 18:45

Afrikadakı Zimbabve vaxtilə sürətlə inkişaf edən, tərəqqidə olan bir dövlətdi. İndisə Zimbabve "diktatorun diz çökdürdüyü ölkə" adlandırılır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, diktator Robert Muqabenin onillərdən bəri davam edən hakimiyyəti, daha doğrusu 30 ildən artıq iqtidarı ölkəni aclıq, tam iqtisadi kollaps həddinə çatdırıb.

Zimbabvenin paytaxtı Hararenin yaxınlığındakı Mbare bölgəsi ölkənin durumunu ən dəqiq səciyyələndirən məkanlardan biridir. Ötən ilin oktyabrın 9-da Mbaredəki daxmalar sökülməyə başlamışdı. Muqabe iqtidarı oradakı insanlara "yeni evlərə köçürüləcəksiniz" demişdi.
Evlər söküldü, daxmalar yerlə-yeksan olundu, amma 700 mindən artıq insan küçədə qaldı.
Onların heç birinə ev verilməyib.

Milli.Az