Yeniyetmə cüdoçularımız Avropa Kubokuna yollanırlar

1 Aprel 2011 14:34
Azərbaycan Cüdo Federasiyasın Milli.Az xəbər portalına daxil olan məlumata görə, Avropa Kubokunda məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun  rəhbərliyi ilə ümumilikdə 24 cüdoçumuz mübarizəyə qatılacaq.  Telman Vəliyev, Cavidan Ümüdov, Sadıq Məhərrəmov (-50), Əlifani Qardaşxanzadə, İsgəndər Talışınski, Kamran Yəhyayev, Elburus Zamanov (-55 kq), Rəşad  Rufullayev,  Eşqin Məmmədov (-60 kq),  İslam  Abdulrəhmanzadə, Mixayıl  Anayev,  Musa Mehdiyev,  Hüseyn Rəhimli (66 kq), Firuddin Dadaşov, Vasif Şərbətli (-73 kq), Qurban Qurbanov,  Kamran Hüseynov (-81 kq), Cəlil Şükürov, Ülvi İsayev (-90 kq) və Zaur Hüseynli (+90 kq) mübarizəyə qoşulacaq.  Xanım cüdoçularımızdan isə ölkəmizi Çinarə Quliyeva (40 kq), Səkinə  Zayirova (44 kq) , Nəzakət Məhərrəmova ( 48 kq) və Əfsanə Hüseynova (52 kq)  təmsil edəcək.

Milli.Az