Bakıda həyət evi yandı, 1 yaralı var

1 Aprel 2011 13:29
Milli.Az Fövqəladə Hallar Nazilriyinin saytına istinadən xəbər verir ki, yanğın hadisəsi aprtelin 1-nə keçən gecə Hövsan qəsəbəsində Viktor Kobzevin ümumi sahəsi 20 kvadrat metr olan 2 otaqlı evində meydana gəlib.
Yanğın zamanı evin yanar konstruksiyaları yanıb, hadisə zamanı ev sahibi yanıq xəsarəti alıb.
Yaralı xəstəxanaya aparılıb. Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az