Tacikistan müxalifəti nümayişlərə hazırlaşır
3 Mart 2010 16:30
"İnterfaks"ın məlumatına görə, müxalifətçi İslam Dirçəlişi Partiyası (TİDP) seçkinin saxtalaşdırıldığını bəyan edib və bununla əlaqədar məhkəməyə müraciət etməyə qərar verib. Qeyd edək ki, prezident Emoməli Rəhmanın liderlik etdiyi Xalq-Demokrat Partiyasının inamlı qələbəsi ilə bitmiş seçkidə TİDP cəmi 2 mandat qazana bilib.
Müxalifət partiyasının lideri Muhiddin Kabiri məhkəməyə müraciətlə yanaşı, mitinqlər, küçə yürüşləri, aclıq aksiyaları ilə mübarizə aparacaqlarını bildirib. O, parlamentin işinə qatılmaqdan imtina edə biləcəklərini də söyləyib.
Milli.Az