Azərbaycanın yüksək səviyyəli seysmoloji xəritəsi hazırlanır

1 Aprel 2011 12:01
"Azərbaycanın lazımı səviyyədə seysmoloji xəritəsi yoxdur. Hazırda belə bir xəritənin hazırlanması istiqamətdə işlər aparılır". APA-nın xəbərinə görə, bunu "Yaponiya zəlzələləri. Azərbaycanın geodinamika problemləri" mövzusunda keçirilən toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin rəhbəri Fəxrəddin Qədirov bildirib. Onun sözlərinə görə, seysmoloji xəritənin hazırlanmasında əsas məqsəd zəlzələlərdən dəyən ziyanın mümkün qədər azaldılmasıdır: "Buna görə də işləri artırmaq lazımdır. Azərbaycanda seysmik təhlükə xəritələri, zəlzələlərin ssenariləri hazırlanmalıdır. Gərginlik toplanan zonaların müəyyənləşməsi üçün geodinamika tədqiqatlar daha dəqiq aparılmalıdır".

Milli.Az