ABŞ-ın aparıcı şirkətləri «soyqırım» qətnaməsinə qarşı çıxdı

3 Mart 2010 16:22
"Azadlıq" radiosunun məlumatına görə, aparıcı şirkətlərin rəhbərləri ABŞ Korqresi Nümayəndələr palatasının xarici əlaqələr komissiyasına məktubla müraciət edib. Məktubda bildirilir ki, "soyqırım"la bağlı qətnamənin qəbulu Vaşinqton-Ankara münasibətlərinə mənfi təsir göstərə və biznesə zərbə vura bilər.

Müraciəti imzalamış qurumlar arasında "Lockheed Martin Corp", "Boeing Co", "Raytheon Co" və sair kimi tanınmış şirkətlər var. Onlar məktubda 2009-cu ildə Türkiyəyə ixrac edilən malların qiymətinin 7 milyard dolları ötdüyünü xatırladıblar.

Milli.Az