Bakıda saxta pulkəsənlər tutuldu
1 Aprel 2011 11:29
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, onlar Natiq Yaqubov, Cəmilə İsmayılova, Faiq Ağayev, Rahib Əliyev və Ədalət Abbasovdur.
Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dəstə üzvlərindən bir ədəd 100, doqquz ədəd 50, səkkiz ədəd 20 manatlıq əskinaz, altı ədəd bir üzü çap olunmuş 20 manatlıq əskinaz və iki ədəd katric aşkar olunaraq götürülüb.
Anar
Milli.Az