Müəmmar Qəzzafi: «Dünya tezlikdə müsəlman-xristian müharibəsinin şahidi olacaq»
1 Aprel 2011 11:44
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qəzzafi həmin dövlətlərin başçılarını "ağılsız" adlandırıb: "Bu ağılsızlar təhlükəli müharibənin əsasını qoymaqla hamımızı orta əsrlərə qaytarmaq istəyir. Belə davam edərsə, dünya tezliklə xristianlarla müsəlmanlar arasında dəhşətli müharibənin şahidi olacaq".
Bu arada Hollandiya da Liviyada əməliyyatlar aparan koalisiyaya qoşulub. Onun Hərbi Hava Qüvvələri və hərbi gəmiləri NATO qüvvələrinə dəstək verəcək.
Milli.Az