Yuxuda xəyanət gördü, oyanıb arvadını baltaladı

1 Aprel 2011 11:39
Milli.Az xəbər portalının "RBK"ya istinadən verdiyi məlumata görə, 39 yaşlı kişinin xanımını öldürməsinə səbəb... yuxu olub. Gecə xanımı ilə yatan kişi yuxuda arvadının ona xəyanət etdiyini görüb. Bundan təsirlənən ər dərhal qalxıb, baltanı götürərək qadını doğrayıb. Sonra isə heç nə olmamış kimi, yenidən yerinə uzanıb və qan içində olan yataqda yuxulayıb.
İndi qısqanc əri 15 ilədək həbs gözləyir.

Milli.Az