Məşhur aktrisa və konqresmen oğlu arasında gizli eşq varmış - FOTO

1 Aprel 2011 17:11
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, məşhur aktrisa Kortni Koks Seynt-Barts çimərliyində aktyor Coş Hopkinslə birlikdə dincələrkən fotoqraf-paparassilər onları görüblər.

ABŞ-ın Kentukki ştatından seçilmiş konqresmenin oğlu olan Hopkinsin dediyinə görə, Koksla birlikdə əylənmələri onların aşiq-məşuq olmaları demək deyil.
40 yaşlı aktyor daha sonra bildirib: "Birlikdə çimdik, əyləndik. Burada nə qəbahət var ki?!"

46 yaşlı aktrisa da onların arasında heç bir romantik münasibətin olmadığını vurğulayıb.
Fəqət, fotolar tam tərsini deyir.

Milli.Az