Kosmosdan kim yalan ötürür: Rusiya, yoxsa ABŞ? - FOTO

1 Aprel 2011 21:17
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Yer planetinin kosmosdakı süni peyklərdən çəkilən fotoşəkilləri xeyli fərqlidir. Hər halda Rusiyanın kosmik aparatları ilə ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) eyni məkanları əks etdirdikləri şəkillər əsla bir-birinə  bənzəmir.

Məsələn, Rusiyanın "Elektro-L" süni peyki vasitəsilə Qırmızı dəniz və onun sahillərinin fotoşəkilləri ilə NASA-nın peyklərinin elə həmin məkanı əks etdirən şəkilləri arasında rəng, çalar, hətta kontur fərqləri var.

NASA-nın "Goddard Space Flight Center" (Merilend ştatı) rəsədxanasının əməkdaşı, doktor Robert Simmonun dediyinə görə, fotoşəkillər arasında gerçəkdən də böyük fərqlər mövcuddur.
"Məncə, bunun səbəbi Rusiyanın süni peyklərinin Yer səthini hər 30 dəqiqədən, ABŞ-ın peyklərinin isə hər 10 dəqiqədən bir çəkmələri, üstəlik çəkiliş zamanı müxtəlif sistem və texnologiyalardan istifadə edilməsidir", - Simmon deyib.

Milli.Az