Müəllimənin lüt şəkli məktəbi çalxaladı - FOTO

1 Aprel 2011 21:46
Milli.Az xəbər portalı "The İndependent"ə istinadən bildirir ki, Böyük Britaniyanın ən məşhur və nüfuzlu özəl məktəblərindən sayılan "Harrow School" çalxalanır. Məktəbdə dərs deyən müəllimə Coan Sallinin lüt şəkilləri şagirdlər arasında ildırım sürətiylə yayılandan sonra ölkə mediası da "cəsarətli pedaqoq"la maraqlanıb.

Sabiq teleaparıcı və fotomodel Sallinin bu addımı məktəb rəhbərliyini şoka salıb.
"Məktəbin dərs sinifləri, yataqxanaları və dəhlizlərində bu fotolar dolaşır. İldə 30 min funt-sterlinq maaş alan bir müəllimə üçün bundan böyük biabırçılıq ola bilərmi?!", - məktəbdə çalışan müəllimlər deyiblər.

Fotolar məktəbin kitabxanasında tapılıb. İncəsənət və rəsmdən dərs deyən Salli içində fotolar olan yaddaş kartını unudubmuş.
Sabiq "Miss Şimali İrlandiya" olan Sallinin fotoşəkilləri ilə bağlı araşdırma başlanıb.

1572-ci ildə yaradılmış "Harrow School"da təhsil alanlar arasında Britaniyanın 2 kralı, 7 baş naziri, Uinston Çörçil və Robert Pil olub.

Milli.Az