Məşhur müğənni: "Məni bəyənən bəyənib, qalanları isə..." - FOTO
1 Aprel 2011 13:34
Milli.Az xəbər portalı "Entertainment"ə istinadən bildirir ki, amerikalı müğənni Şeril Koul "X Factor" şousunda iştirak etməklə yanaşı, konsert turları və promouşn aksiyalarını davam etdirir.
Onun qatıldığı son layihə isə "L'Oreal" korporasiyasının yeni reklam kampaniyasıdır.
Reklam çəkilişlərinə qatılan Şerilin saç düzümünü dağıdan stilist onun məhz bu formada çəkilməyə başlamasını istəyib.
Çəkiliş meydançasındakı assistentlər isə Şerili belə görərkən güləndə, müğənni sinirlənib və dava salıb.
"Məni bəyənən bəyənib, qalanları isə cəhhənəm olsunlar!", - 27 yaşlı Şeril qışqırıb.
Bir qədər sonra sakitləşən müğənni gülümsəyib və təhqir etdiyi şəxslərdən üzr istəyib.
Milli.Az