Kot-d'İvuar: BMT-nin əməkdaşı öldürüldü, prezident isə devrilmək üzrədir - YENİLƏNİB
1 Aprel 2011 18:15
Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə,
döyüşlər zamanı BMT-nin İsveçdən olan qadın əməkdaşı həlak olub. Bunu
İsveçin xarici işlər naziri Karl Bildt də təsdiqləyib.
Paytaxtda döyüşlər isə davam edir. Artıq ölkənin 4/5 hissəsi müxalifət tərəfdarlarının nəzarətindədir.
----------
10:01
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, silahlanmış müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında döyüş prezident Loran Qbaqbonun iqamətgahı qarşısında davam edir.
Xatırladaq ki, son seçkidə hazırki dövlət başçısı özünü qalib elan etsə də, müxalifət lideri Alassan Uattara əslində özünün qalib olduğunu deyir. Beynəlxalq ictimaiyyət də müxalifət liderinin seçkidə qalib gəldiyini bildirir.
Hazırda paytaxtın bir neçə ərazisində döyüşlər davam edir.
Milli.Az