"Aşk Tesadüfleri Sever 2" gəlir - FOTO

26 Aprel 2016 19:20

Ömer Faruk Sorakun rejissoruluq etdiyi "Aşk Tesadüfleri Sever 2" filminin çəkilişlərinə başlanılıb.

"Hürriyet"in yazdığına görə, rejissor tərəfindən sosial mediada təşkil olunan sorğunun nəticəsinə görə, izləyicilər baş rol üçün Kerem Bursin və Zeynep Abdullah cütlüyünü seçiblər.

Qeyd edək ki, "Aşk tesadüfleri sever 1"in baş roluna Mehmet Günsür və Belçim Bilgin çəkilmişdi.

Milli.Az