Neft yenidən bahalaşıb
1 Aprel 2011 09:42
Martın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,45 dollar və ya 2,4% artaraq 1 barelə görə 106,72 dollar təşkil edib.
"APA-ECONOMICS"in məlumatına görə, martın 31-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,23 dollar artaraq 117,36 dollar təşkil edib.
Milli.Az