Suriyada fövqəladə vəziyyət ləğv edilə bilər
1 Aprel 2011 07:29
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, dövlətin nəzarəti altında olan xəbər agentliyinin bildirdiyinə görə, hüquq ekspertlərindən təşkil edilən komitə anti-terrorizm qanunu hazırlamalı və aprel ayının 25-dək araşdırmaları başa çatdırmalıdır. Prezidentin qərarı qəzəbli nümayişçilərin tələblərinin qarşılanması mahiyyəti daşıyır.
Bəşər Əl-Əssəd dünənki çıxışı zamanı fövqəladə vəziyyətin ləğvinə işarə etmişdi.O, bir həftədən artıq davam edən aksiyaların arxasında xaricilər və sosial medianın durduğunu demişdi.
Milli.Az