Aprelin 1-nə olan hava proqnozu
1 Aprel 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Bakıda gecə 3-5° isti, günün birinci yarısında 12-14°, axşama doğru 9°-dək isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 1-6°, gündüz 14-19° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 3-6° , gündüz 13-18° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 1-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-11° isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 3-8°, gündüz 19-24° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Lakin aprelin 1-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 4-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-13° isti olacaq.
Tibbi-meteoroloji proqnoz: aprelin 1-i gündüzdən 2-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Milli.Az