Adriana Lima kimə xeyir-dua verdi? - FOTO

1 Aprel 2011 10:26
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, "Victoria's Secret" modalar evinin yeni modellərindən olan Kandis Suanpul sürətlə məşhurlaşmaqda davam edir. 22 yaşlı model ABŞ-ın Los-Anceles şəhərindəki "The Mondrian" otelində hovuz kənarında yeni çimərlik geyimləri kolleksiyasının reklam çəkilişlərində iştirak edib.

Modalar evinin tanınan modellərindən olan Adriana Limanın dediyinə görə, Kandis sanki parlaq ulduzdur.
"O, çox şən, nikbin və ən ağır vəziyyətdə belə, ruh düşkünlüyünə qapılmayan insandır. Belə adamla birlikdə çalışmaq yaxşıdır", - Lima deyib.

Çəkilişlər modalar evinin "Victoria's Secret Swim 2011 Catalogue" kataloqunun hazırlıq prosesinin bir hissəsi olub.

Milli.Az