Hollivud ulduzu: "Hər ağızdan bir avaz gəlirsə, mən nə edim?!" - FOTO
1 Aprel 2011 14:39
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Hollivud ulduzu, amerikalı aktrisa Penelopa Kruz dekoltedə botoksdan yanlış istifadə barədə xəbərdarlıq məzmunlu reklama çəkilib.
Reklam çəkilişləri zamanı onun elektron poçtuna gələn on minlərlə məktub arasında yüzlərlə "namə" Penelopanın izafi çəkisi barədə olub.
"Deyirlər ki, kökəlməyə başlamışam. Amma elə o sayda adam da bildirir ki, xeyr, əksinə, arıqlamağa başlamışam. Haqqımda deyilənlərə fikir vermirəm. Hər ağızdan bir avaz gəlirsə, mən nə edim?!"- Kruz söyləyib.
Milli.Az
