Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, "Yasaq fənd" ("Sucker Punch") filminin təqdimat mərasimi keçirilib. Londondakı Leçester küçəsindəki müzik-hollardan birindəki mərasimdə Vanessa Hadgens, Ebbi Korniş, Emili Brouininq, Cemi Çanq və Jena Malon iştirak ediblər.
23 yaşlı Vanessanın dediyinə görə, mərasimə xüsusi hazırlaşıb. Buna aktrisanın 175 min funt-sterlinq dəyərində "Cartier" zinyət əşyaları da dəlalət edirdi.
Ebbi Korniş də rəfiqəsindən geri qalmayıb: o, kənardan "yeriyən zərgərlik dükanı"na bənzəiyrdi.