Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

21 Aprel 2016 13:55

Prezident İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulmaq barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildrir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulsun".

Milli.Az