Zamanı necə yeyək? - FOTO

21 Aprel 2016 14:36

Yazıçı-psixoloq Rövşən Abdullaoğlunun yeni - "Zamanı necə yeyək" adlı kitabı işıq üzü görüb. Kitab "Qədim Qala" Nəşriyyat evində nəşr edilib.

Milli.Az xəbər verir ki, bu, yazıçının sayca 22-ci, fərdi inkişaf və motivasiya kitabları silsiləsindən isə 7-ci kitabıdır.

"Zamanı necə yeyək" kitabı zamanın idarə olunması, vaxtın düzgün bölgüsü, iş planının düzgün tərtibi, vaxt itkisinə səbəb olan amillərin ortaya çıxarılması, həmin amillərin aradan qaldırılması kimi mühüm mövzuları ortaya qoyur.

Bu kitab zamanla bağlı yazılmış olan digər kitablardan mövzuların fərqli şəkildə izahına və yalnız təcrübədə özünü doğruldan qaydaların tətbiq olunmasına görə fərqlənir.

Pünhan Mirzə
Milli.Az