Ağ Ev Türkiyə və Ermənistanı keçmişlə deyil, indi ilə yaşamağa çağırır

3 Mart 2010 14:15
"Ağ Ev Türkiyə və Ermənistanı tarixi hadisələrə qayıtmamağa və bu günlə yaşamağa çağırıb", - Hammer bildirib. Bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat verib.

Qeyd edək ki, ABŞ Konqresinin xarici əlaqələr üzrə komitəsinin sədri Qovard Berman "Erməni soyqırımı" haqqında qanunu martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

/Trend/