Martın 31-nə olan hava proqnozu
31 Mart 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.
Bakıda gecə 4-6°, gündüz 15-20° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 20-25 ° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 12-17° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 4-7° , gündüz 18-23° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2-6° , gündüz 17-22° isti, dağlarda gecə 0- 2° isti, gündüz 11-16° isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3-7°, gündüz 19-24° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 17-22° isti, dağlarda gecə 0-4°, gündüz 12-17° isti təşkil edəcək.
Milli.Az