"Pepsi" daha bir modeli parladır - FOTO

31 Mart 2011 05:34
Milli.Az xəbər portalı "Dail Mail"ə istinadən bildirir ki, tanınmış supermodel Sofiya Verqaranın "Pepsi" korporasiyası ilə əməkdaşlığı davam edir. Yeni, dietik "Pepsi Cola"nın reklam çəkilişləri üçün bu dəfə ABŞ-ın Los-Anceles şəhərindəki Venis-Biç çimərliyinə yollanan Verqara burada məşhur futbolçu Devid Bekhemlə birlikdə çəkiliş meydançasında olub.

Daha sonra isə Verqara istirahətə çəkilib şezlonqa uzanıb və bu zaman onlarla fotoqraf onun şəklini çəkməyə başlayıb.

"Deyəsən, "Pepsi" məni əməlli-başlı parladır. Xüsusilə də Devidlə birlikdə reklamda yer almaq xoşuma gəlir", - Verqara deyib.

Tural
Milli.Az